Nə qədər ağıllı, elmli və müdrik olur olsun, hər bir insan öz Rəbbinə, onu yaradana istənilən an möhtacdır və əbədi olan bu yeganə varlıq hər bir göz qırpımında belə mütləq ona lazımdır.
Hörmətli müsəlman qardaşım! Bu risalə, əsrimizin dahi alimi, yüzlərlə elmi fitvanın və möhtəşəm əsərlərin müəllifi, on minlərlə hədisin üzərində misilsiz elmi tədqiqatlar aparmış hədis mütəxəssisi, sünnəyə sarılmağı ilə zəmanəsinin sələfinə sarsılmaz arxa olmuş hörmətli şeyx Məhəmməd Nasiruddin Əl-Əlbaninin (Allah onun qəbrini nurla doldursun) İslam ümmətinə verdiyi dəyərli nəsihətlərdən bəhs edir. Kitabda Hər bir müsəlmanın bilməsi vacib olan önəmli məsələlərdən söz açılır
Dəyərli bacı və qardaşlarım! Bu kitabda müsəlmanı ailəsinin düzgün tərbiyələndirilməsinə sövq edən amillərdən söz açılır. Allah və onun rəsulunun buyurduğu üzərinə kim ailəsini tərbiyə etmək istəyirsə bu kitabda yazılanlara əməl etsin.
"Ey Əhli-beyt! Allah sizdən çirkinliyi yox etmək və sizi tərtəmiz (pak) etmək istər" (əl-Əhzab, 33)
Author: Yaşar Qurbanov
-
Şübhəsiz ki, Allahın dinində möhkəm və sabitqədəm olmaq , əzm və rəşadətlə doğru getmək istəyən hər bir müsəlmanın əsas məqsədi olmalıdır. Əsasəndə fitnə -fəsadların çoxaldığı bir dövrdə buna daha çox önəm verilməlidir. Hər bir müsəlman qardaş və bacımızın bu kitabcanı oxuyub, əməl etməsi çox zəruridir. Uca Allah bütün müsəlmanalrı qorusun Amin.